• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Yəmənin Baş naziri istefa verdi

DÜNYA

03 May 2025 | 17:25

Yəmənin Baş naziri istefa verdi

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.

"Prezident Şurasının rəhbəri Rəşad əl-Alimi ilə görüşümü başa çatdırdım və ona baş nazir vəzifəsindən istefa ərizəmi təqdim etdim", - bin Mübarəkin bəyanatında qeyd olunub.

O, istefa qərarını "konstitusiya səlahiyyətlərini yerinə yetirmək və hökumətdə dəyişikliklər etmək iqtidarında olmaması" ilə izah edib, eləcə də işində çoxlu çətinliklərlə üzləşdiyini vurğulayıb.

Bin Mübarək 2024-cü ilin fevral ayının əvvəlində Yəmənin Baş naziri təyin edilmişdi.


SON XƏBƏRLƏR

03 May 2025