• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

KİV: İran ABŞ-ın nüvə təklifini rədd etməyə hazırlaşır

DÜNYA

02 Iyun 2025 | 16:10

KİV: İran ABŞ-ın nüvə təklifini rədd etməyə hazırlaşır

İran ABŞ-ın nüvə proqramı ilə bağlı təklifini rədd etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın danışıqlar qrupuna yaxın olan adı açıqlanmayan diplomatı “Reuters“ə bildirib.

    “İran ABŞ-ın təklifinə hazırladığı cavab sözügedən təklifin rədd edilməsi kimi şərh edilə bilər," - diplomat bildirib.

    Diplomatın sözlərinə görə, bu təklifdə ABŞ-ın İran uranın zənginləşdirilməsi məsələsinə dair mövqeyi dəyişməz olaraq qalır və sanksiyaların ləğvi ilə bağlı heç bir aydın izahat yoxdur.

    Qeyd edək ki, ABŞ-ın yeni nüvə sazişi üzrə təklifini Omanın xarici işlər naziri Seyid Bədr Əlbusaidi mayın 31-də İrana təqdim edib.


    SON XƏBƏRLƏR

    03 Iyun 2025