İstanbulun Bahçelievler bölgəsində yaşayış binasının dördüncü və beşinci mərtəbələrindəki eyvanlar uçub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
Hadisə nəticəsində yoldan keçən bir nəfər xəsarət alıb. İlk tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb.
Bina sakinləri təxliyə edilib.
Hadisə yerinə tibbi briqadalar, polis və yanğınsöndürənlər göndərilib.