Polşanın Baş naziri Donald Tusk Konstitusiya Günündə ölkə prezidenti Ancey Dudaya tezliklə istefaya gedəcəyini xatırladıb.
Bakıvaxtı.az xəbər verir ki, D.Tusk bu barədə “X” sosial şəbəkəsində yazıb.
"Bu gün Prezident Dudanın 3 may - Konstitusiya Günü münasibətilə son çıxışını dinləyərkən prezident andının mənasını xatırlayaq: "Mən təntənəli şəkildə and içirəm ki, konstitusiyanın müddəalarına sadiq qalacağam". Gəlin bu anda sadiq qalacaq prezident seçək", - baş nazir qeyd edib.
A.Dudanın prezidentliyinin ikinci müddəti 2025-ci il avqustun 6-da başa çatacaq.
KİV-in məlumatına görə, A.Duda və D.Tusk bir-birinə qarşı olan siyasi qüvvələrə mənsubdurlar ki, bu da hökumətin işində çətinliklərə səbəb olur. Məsələn, A.Duda hökumətin təşəbbüsü ilə irəli sürülən və parlament tərəfindən qəbul edilən qanunları imzalamaqdan imtina edir.