Qırğızıstanın paytaxtı Bişkekdəki Manas Beynəlxalq Hava Limanında sərnişinlərin təxliyəsinə başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "24.kg"a hava limanının mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, reyslərə sərnişinlərin qeydiyyatı dayandırılıb.
“Parklanmada olan avtomobillərdən birinə bomba qoyulması barədə məlumat daxil olub. Hazırda aeroport binası boşaldılır”, - məlumatda vurğulanıb.