Moskva Arbitraj Məhkəməsi Google şirkətinin Rusiyadakı keçmiş rəhbəri Yuliya Solovyovanın 232 milyon rubl dəyərində əmlakına həbs qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məhkəmə qərarında deyilir.
Söhbət "Google"un törəmə şirkətinin iflas üzrə müvəkkili Valeri Talyarovskinin tələbi ilə məhkəmə iddiasından gedir. O, Google İnternational MMC, Google MMC, Google Ireland Limited hüquqi şəxslərə qarşı iddia qaldırıb.
Talyarovski Yuliya Solovyova ilə yanaşı, keçmiş baş direktor Devid Munro Sneddon və şirkətin digər üç top-menecerinin də borclu kimi məsuliyyətə cəlb olunmasını tələb edir. İddiaçı iddia edir ki, əmlakın üzərinə həbs qoyulması müflisləşmə prosesi zamanı kreditorların maraqlarını qorumaq üçün kifayət ola bilər.