• Bakı 28° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Putinə unikal kitablar bağışladı

DÜNYA

04 Mart 2025 | 20:18

Putinə unikal kitablar bağışladı

Myanmanın baş naziri Min Aun Hlayn Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiya prezidentinə iki unikal nəşr hədiyyə edib.

Bakıvaxtı.az  xəbər verir ki, 1942-ci ildə nəşr olunan kitablardan biri orijinal nüsxədir və iki ölkə arasında qarşılıqlı əlaqənin tarixi ilə bağlıdır.

“Bu kolleksiya ümumi yaddaşımızın bir hissəsidir. Bu, dünya üçün çətin bir il olan 1942-ci ildə nəşr olunub”, - deyə Hlayn qeyd edib.

O, ikinci nəşri “mədəniyyətlər arasında körpü” kimi səciyyələndirərək, orada rus dilində məlumatların olduğunu qeyd edib.

“Belə qeyri-adi jest üçün çox sağ olun. Bu kitablar bizi birləşdirən dəyərlərin mühüm bir xatırlatmasıdır”, - deyə Putin bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026