• Bakı 18° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Zelenski müharibənin bitməsi üçün birinci mərhələni AÇIQLADI

DÜNYA

04 Mart 2025 | 21:13 | Müəllif: Subhan Mahmudov

Zelenski müharibənin bitməsi üçün birinci mərhələni AÇIQLADI

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişəyə son qoymağa hazır olmasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, birinci mərhələ hava məkanında və dənizdə atəşkəslə genişmiqyaslı əsir mübadiləsi ola bilər. 

Bura uzaq mənzilli PUA-ların istifadəsinə qadağa, enerji və digər infrastruktur obyektlərinə zərbələr endirilməsi, dənizdə atəşkəs daxildir. Zelenski qeyd edib ki, Rusiya da eyni şeyi etsə, Ukrayna bu şərtlərlə razılaşmağa hazırdır.

"Biz bütün növbəti addımları çox tez keçmək və yekun razılaşmanı razılaşdırmaq üçün ABŞ-la işləmək istəyirik", - deyə Zelenski yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026