• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Berlində 160 min insan etiraza qalxdı

DÜNYA

02 Fevral 2025 | 22:25

Berlində 160 min insan etiraza qalxdı

Almaniyanın paytaxtı Berlində Xristian Demokrat İttifaqının miqrasiya siyasətini sərtləşdirmək və Almaniya üçün Alternativ Partiyası ilə əməkdaşlığını gücləndirmək təkliflərinə qarşı yürüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, fəallar Almaniya paytaxtının mərkəzində Reyxstaq binası yaxınlığında toplaşıb. Onların əllərində sərhədlərin bağlanmasına və Almaniya üçün Alternativ Partiyası ilə əməkdaşlığa qarşı çağırışlar olan plakatlar olub. Bundan əlavə, etirazçılar Xristian Demokrat İttifaqı və partiya liderinin miqrasiya siyasətinə qarşı müxtəlif şüarlar səsləndirirlər.

Təşkilatçıların məlumatına görə, nümayişdə 160 minə yaxın insan iştirak edib.


SON XƏBƏRLƏR

02 Fevral 2025