• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bayden terror aktı baş verən Yeni Orleana gedəcək

CƏMİYYƏT

03 Yanvar 2025 | 19:37 | Müəllif: Əli Hüseynov

Bayden terror aktı baş verən Yeni Orleana gedəcək

ABŞ Prezidenti Co Bayden ən azı 15 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı Luiziana ştatının Yeni Orlean şəhərinə gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

    Səfərin yanvarın 6-da baş tutacağı bildirilib.

    ABŞ prezidenti və xanımı terror aktı zamanı həlak olanların ailələri, habelə yerli hakimiyyət nümayəndələri ilə görüşmək niyyətindədirlər.

    Qeyd edək ki, Yeni il gecəsi Luiziana ştatının Yeni Orlean şəhərinin mərkəzində terror aktı törədilib. Avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində ən azı 15 nəfərin həlak olduğu, 30 yaralı olduğu bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026