• Bakı C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

İQTİSADİYYAT

03 Yanvar 2025 | 14:46

Duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38 min 717,4 ton duru bitki yağları istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Ötən ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 5,6 % az və 1 % çoxdur.

Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur


SON XƏBƏRLƏR

04 Yanvar 2025