• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ötən il benzin və dizel yanacağına 3,4 milyard manat sərf olunub

İQTİSADİYYAT

01 Fevral 2025 | 17:45 | Müəllif: Gülşən Şərif

Ötən il benzin və dizel yanacağına 3,4 milyard manat sərf olunub

Ötən il Azərbaycanda 1 254,8 min ton avtomobil benzini istehsal edilib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 209,4 min ton və ya 14,3% azdır.

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 16,3 min ton təşkil edib.

Ümumilikdə, 2024-cü il ərzində Azərbaycanda 3,4 milyard manat dəyərində avtomobil benzini və dizel yanacağı istehsal edilib ki, bu da illik ifadədə 218 milyon manat və ya 6,8% çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026