• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Dövlət xəttilə ipoteka krediti götürənlərin sayı AÇIQLANIB

İQTİSADİYYAT

03 Mart 2025 | 12:11

Dövlət xəttilə ipoteka krediti götürənlərin sayı AÇIQLANIB

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 53 014 borcalana 3 milyard 362,336 milyon manat kredit verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 549,443 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 6 720 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir. 


SON XƏBƏRLƏR