• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Ömer Çelik: İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır

DÜNYA

03 Mart 2025 | 20:10

Ömer Çelik: İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır

İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında yaşanan gərginlikdən bəhs edən partiya rəsmisi bildirib ki, artıq strateji fikir ayrılıqları müşahidə olunur.

Ö.Çelik, həmçinin Avropa İttifaqının (Aİ) ikiüzlülük etdiyini bildirib: “ABŞ-nin yaşadığı problemlərin həlli Türkiyədədir. Aİ-nin isə siyasi dividentlərini qorumaq üçün Türkiyədən başqa yolu yoxdur”./report


SON XƏBƏRLƏR

03 Mart 2025