• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Şagirdlərin yerdəyişməsi bu tarixdə dayandırılacaq

CƏMİYYƏT

03 Mart 2025 | 18:35

Şagirdlərin yerdəyişməsi bu tarixdə dayandırılacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

MÜTDA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.

Bu günə qədər:

9000-dən çox müraciət portala daxil edilib.

4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.


SON XƏBƏRLƏR

03 Mart 2025