• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Trampın Rusiya-Ukrayna müharibəsi yanaşması: ABŞ-nin strategiyası və Avropanın rolunun təsiri

SİYASƏT

03 Mart 2025 | 16:55

Trampın Rusiya-Ukrayna müharibəsi yanaşması: ABŞ-nin strategiyası və Avropanın rolunun təsiri

Rusiya-Ukrayna müharibəsi, yalnız regional deyil, həm də qlobal siyasi və iqtisadi dinamikaları dərindən təsirləndirən bir hadisədir.

Bu münaqişə həmçinin ABŞ-nin, xüsusilə onun prezidenti Donald Trampın siyasətinə və mövqeyinə böyük əhəmiyyət kəsb edir. Trampın Rusiya-Ukrayna müharibəsinə yanaşması, onun əvvəllərki prezidentliyi dövründəki xarici siyasət prioritetləri ilə bağlı bəzi mühüm suallar doğurur. Trampın mövqeyi müharibənin davam etdiyi bu mürəkkəb dövrdə həm müttəfiqlərini, həm də rəqiblərini necə təsir altına ala biləcəyini göstərir.

Trampın mövqeyi Rusiya-Ukrayna müharibəsinin gedişatına necə təsir göstərəcək? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Donald Tramp hələ Amerika prezidenti seçilməmişdən əvvəl Kamala Harris baş tutmuş seçki kampaniyasında qeyd edirdi ki, o, prezident seçiləcəyi təqdirdə Amerika vətəndaşlarının büdcəsi hesabına formaləşmiş Amerika dövlət büdcəsindən xaricə pul daşınmalarının qarşısını alacaq:

"Tramp prezident seçildikdən sonra da ilk mübahisələndirdiyi məsələlərdən biri, ABŞ-nin Ukraynaya Bayden dövründə etdiyi yardımlar olubdur. Eyni zamanda, Donald Tramp bugünkü mövqeyində həm Ukraynadan, həm də Baydenin verdiyi yardımlarının hesabını soruşur və bundan sonra ABŞ-ın Ukraynaya qarşısız yardım etməyəcəyini açıq şəkildə bəyan edir. Onun indiki yanaşmalarından biri Ukraynanın təbii sərvətlərinin və faydalı qazıntılarının  ABŞ investorları tərəfindən istismarına nail olmaqdır. ABŞ rəhbəri bilir ki, Ukraynada faydalı qazıntı yataqları kifayət qədər böyük iqtisadi dividend gətirə bilər. O, bunun vasitəsilə həm Ukraynanın, həm də Amerikadan indiyə qədər aldığı milyardlarla dolların əvəzini öz aləmində ödətmək istəyir".

Tural İsmayılov: Avropa gərginliyin daha da qalmasında maraqlı tərəf kimi görünür

Politoloqun sözlərinə görə, bundan əlavə, Tramp, həmçinin Avropanın vasitəçiliyi ilə Rusiya ilə anlaşma əldə edildiyi halda, sanki Ukraynadan haqq-hesab tələb edəcəyini düşünür: 

"Avropa isə gərginliyin daha da qalmasında maraqlı tərəf kimi görünür. Ukrayna yardımları Avropaya görə, Rusiyanın Ukrayna ilə müharibəyə başı daha çox qarışsın deyə edir. Çünki müharibənin davam etməsi Rusiyanın daha da zəifləməsinə və mövqələrinin uzunmüddətli şəkildə zədələnməsinə səbəb ola bilər. Əslində, Donald Trampın yanaşması bir mənada haqlıdır. O mənada ki, Tramp Avropanın Ukraynaya yardımlar göndərilməsinin doğru olmadığını qeyd edib. Faktik olaraq həm Ukrayna və əsgərləri ölməyə davam edir, təbii ki, Rusiya tərəfindən də itkilər var, həm də eyni zamanda Ukrayna indi Rusiya tərəfindən işğal edilmiş torpaqlarını azad etmək üçün hansısa bir perspektivə malik deyil".

Həmsöhbətimiz qeyd edib ki, Avropa İttifaqının hələ ki, öz hesabına Ukraynaya yardımlar edib və Rusiya iqtisadi sanksiyalar tətbiq etdiyini nəzərə almaq lazımdır:

"Avropa İttifaqı yaxşı başa düşür ki, orada dondurulmuş Rusiya aktivlərinin Ukraynaya transfer edilməsi, Rusiyanın daha kəskin və sərt reaksiyasına səbəb ola bilər. Rusiya, ümumiyyətlə, hansısa bir formada uzun müddət danışıq aparmaq və ya Ukrayna ilə hansısa bir sülh anlaşması və ya müqavilə imzalamaq istəməz. Trampın söylədiyi fikirlər əslində, hüquqi baxımdan mümkün kimi görünsə də, Avropanın Rusiya aktivlərini Ukraynaya verməsi daha təhlükəli senarilərin reallaşmasına səbəb ola bilər. Ona görə də, indiki halda nə kredit, nə də birbaşa yardım formasında dondurulmuş Rusiya aktivlərinin asanlıqla, bütövlükdə Ukraynaya təhvil verilməyəcəyini düşünürəm. Lakin istənilən halda, Rusiya ilə danışıqlarda Avropanın əlində əlavə təhdid vasitəsi kimi bu dondurulmuş aktivlər bir vasitə forması olaraq qalacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR