• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Vahid Ələkbərovun sərvəti ARTDI: Rusiyada ən zəngin milyarderlərinin adları

İQTİSADİYYAT

03 Mart 2025 | 18:39

Vahid Ələkbərovun sərvəti ARTDI: Rusiyada ən zəngin milyarderlərinin adları

Rusiya milyarderlərinin sərvəti ilin əvvəlindən 7,764 milyard dollar artıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" nəşri məlumat verib.

Reytinqdə dünyanın ən zəngin 500 adamı yer alıb. Hazırda reytinqə 20 Rusiya vətəndaşı daxildir ki, onların ümumi sərvəti 3 mart tarixinə 292,56 milyard dollar təşkil edib.

"Nornikel" şirkətinin əsas sahiblərindən Vladimir Potanin ən zəngin rusiyalı olaraq qalır. Onun sərvəti 1,77 milyard dollar artaraq 29,6 milyard dollara çatıb. İkinci yerdə "Lukoil"in həmsahibi Vahid Ələkbərov qərarlaşıb ki, onun sərvəti 1,31 milyard dollar artaraq 26,6 milyard dollar olub.

Üçüncü yerdə "NLMK" şirkətinin (şaquli inteqrasiya olunmuş metallurgiya şirkətidir, Rusiyanın ən böyük və dünyada ən effektiv polad istehsalçılarından biridir - red.) Direktorlar Şurasının sədri Vladimir Lisin gəlir ki, onun sərvəti 2,03 milyard dollar artıb və 23,8 milyard dollara çatıb.

Rusiyada ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest" şirkətinin səhmdarı Alişer Usmanov 3,1 milyard dollar qazanıb və onun sərvəti 16,3 milyard dollara yüksəlib.

Ən böyük itkilərlə iş adamı Mixail Fridman üzləşib - onun sərvəti 2,26 milyard dollar azalaraq 12,5 milyard dollara düşüb.

Qeyd edək ki, fevral ayında "Maqnit" pərakəndə satış şəbəkəsinin və "Krasnodar" futbol klubunun təsisçisi Sergey Qalitski "Bloomberg Billionaires Index"in reytinqindən çıxarılıb.


SON XƏBƏRLƏR

03 Mart 2025