Boliviyada avtobus və yük maşınının toqquşması nəticəsində azı 15 nəfər ölüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, 19 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri hələ də davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.
Xatırladaq ki, martın 3-də səhər saatlarında ölkənin cənubunda magistral yolda avtobus və yük maşını toqquşub. Nəticədə avtobus yoldan çıxaraq 500 m dərinlikdəki dərəyə aşıb. Hadisənin səbəbləri araşdırılır .