• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Harutyunyan: Mənə dedilər ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir 

CƏMİYYƏT

03 Mart 2025 | 21:22

Harutyunyan: Mənə dedilər ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir 

Siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı.

Bakıvaxtı.az xəbər verir ki, bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Arayik Harutyunyan deyib.

O bildirib ki, istintaqın kimin hansı səlahiyyətləri olduğundan xəbəri var: "Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanarı bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindən endirilir".


SON XƏBƏRLƏR

03 Mart 2025