• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Conatan Ta mövsümün sonunda klubundan ayrılacaq

İDMAN

03 Mart 2025 | 17:40

Conatan Ta mövsümün sonunda klubundan ayrılacaq

"Bayer 04"ün futbolçusu Conatan Ta mövsümün sonunda Almaniya klubundan ayrılacaq.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Leverkuzen təmsilçisi ilə yeni müqavilənin şərtlərini razılaşdıra bilməyib.

Almaniyalı oyunçunun yayda başqa komandaya keçmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, Conatan Ta cari mövsüm "Bayer 04"ün heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023/2024 mövsümündə klubla Almaniya Bundesliqasının qalibi olub.


SON XƏBƏRLƏR

03 Mart 2025