• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Azərbaycanın hava limanlarını vurmaq istəyiblər

CƏMİYYƏT

03 Mart 2025 | 22:02

Azərbaycanın hava limanlarını vurmaq istəyiblər

Arayik Harutyunyan məhkəmədə etiraf edib ki, 2 oktyabr 2020-ci ildə Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək qərara alınıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, əsas hədəflər Azərbaycanın hava limanları olub:

"Sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə başladı. “Qarabağın qanunları”na uyğun olaraq, biz hərbi vəziyyət elan etməli idik və onu da etdik. “Parlament”də məlumat verildi ki, müharibə başlayıb. “Qarabağ ordusu”nun rəhbərliyi tərəfindən elan olunmuş “hərbi qulluğa çağırış “başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq. İlk günlərdən mənim Paşinyanla söhbətim ondan ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq. Mütəmadi olaraq, demək olar, hər gün mən parlament deputatları ilə görüşürdüm. Demək olar, hər gün Bako Sahakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə müharibəni bir dəqiqə tez də olsa, dayandırmaq barədə idi. Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə getdim. Mən ön cəbhədə, əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artilleriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o, mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirilir”.


SON XƏBƏRLƏR

03 Mart 2025