• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda sürücülər dronla cərimələnir? - VİDEO

CƏMİYYƏT

03 Mart 2025 | 23:51 | Müəllif: Subhan Mahmudov

Bakıda sürücülər dronla cərimələnir? - VİDEO

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bir görüntüdə iddialara görə, bir sürücünün yol hərəkəti qaydasını pozması dron vasitəsilə qeydə alınıb.

Bəs ölkəmizdə dron ilə yol hərəkəti qaydalarına nəzarət etmək mümkündürmü?

Bakıvaxtı.az xezerxeber.az-a istinadən xəbər verir ki, nəqliyyat ekspertlərinin sözlərinə görə, hazırda qanunda belə vasitələrlə cərimələrin tətbiq olunması nəzərdə tutulmur. Əgər belə hal yaşanarsa sürücünün hüququ pozulmuş sayılır.

Rüfət Əmiraslanov deyir ki dünya təcrübəsində dron ilə avtomobillərə nəzarətin olmasının bir sıra müsbət tərəfləri var.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, hazırda ölkəmizdə dron ilə hansısa cərimələrin tətbiq edilməsi mövcud deyil.

Daha ətraflı videoda:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026