• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

"Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi" - Mnaksakanyan

CƏMİYYƏT

03 Mart 2025 | 21:25

Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi - Mnaksakanyan

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, sərbəst ifadə verən təqsirləndirilən şəxs Lyova Mnaksakanyan Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirakını təsdiq edib. O, 20.09.2020-ci ildə məxfi qərar verildiyini və həmin qərardan məlumatsız olduğunu deyib: “Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa demək istəmirəm əmr nə haqqındadır, bunu hamınız bilirsiniz. Ümumiyyətlə, mən hərbi xidmətdən tərxis olunduqdan sonra ordu ilə əlaqə olmayıb. Ailə, başqa digər səbəblərə görə istəməmişəm. Bundan başqa, bizə ordu ilə hansısa təmaslar qurmaq qadağan olunmuşdu. Xüsusilə Ermənistan Respublikasının baş naziri bizə kiminləsə danışmağı, kimləsə təmasda olmağı qadağan etmişdi”.

Lyova Mnaksakanyan, həmçinin 2016-cı ilin Aprel döyüşləri barədə də danışıb və Ermənistanın qondarma rejimi silahla təmin etdiyini bildirib: “Mənim 2016-cı il əməliyyatlarına cəlb olunmağıma zərurət olmayıb. Əgər olsaydı təbii ki, cəlb olunacaqdım. Bir çox taktiki, kəşfiyyat silahları və radio elektron qurğularımız var idi ki, onlardan Ermənistanda da olub və biz o silahları Ermənistandan almışıq. Nəhayət onu bildirmək istəyirəm ki, əgər yuxarı komandanlıq bizə nəsə verirsə, biz onun üçün ştat ayrımalıyıq və heyət cəlb etməliyik”.


SON XƏBƏRLƏR

03 Mart 2025