Avstraliyada təyyarə Sidney hava limanına məcburi eniş edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, Qantas Hava Yollarına məxsus təyyarə QF643 reysi Sidney-Pert reysi ilə Sidney hava limanından qalxdıqdan qısa müddət sonra kabinədə tüstü aşkarlanması səbəbindən yerə enmək məcburiyyətində qalıb.
Hava Yolları şirkətindən məsələ ilə bağlı araşdırma aparılacağını bildiriblər.
Əli Hüseynov