• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Sabirabad və Tərtərdə qanunsuz ağackəsməyə görə cinayət işi açıldı

CƏMİYYƏT

03 Mart 2025 | 18:16

Sabirabad və Tərtərdə qanunsuz ağackəsməyə görə cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma zamanı Sabirabad rayonunda “Azera Toxumçuluq” MMC, “Aran Agro” MMC və digər hüquqi şəxslərin vəzifəli şəxsləri, Tərtər rayonunda isə fiziki şəxlər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu sayda yaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsi nəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.


SON XƏBƏRLƏR

03 Mart 2025