• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

AKP sözçüsü: Bölgədə bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq

DÜNYA

03 Mart 2025 | 19:09

AKP sözçüsü: Bölgədə bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına çağırışı ilə bağlı hansısa bazarlıq və ya təqib ehtimalı müzakirə mövzusu deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Suriya və İraqda terror təhdidinin olmasını istəmir.

"Qəbul edilmiş prinsiplər çox aydın və birmənalıdır. Bunlar silahların yerə qoyulması, terror təşkilatlarının ləğv olunmasıdır. Əsas məqsədimiz PKK, PYD,  YPG terror təşkilatlarının bölgədə sabitliyi pozmasına yol verilməməsidir”.

Ö.Çelik qeyd edib ki, rəsmi Ankara prosesi diqqətlə izləyir: “Diqqətli olmalıyıq. Bölgədə terrora son qoymaq üçün bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq”./report


SON XƏBƏRLƏR

03 Mart 2025