• Bakı 24° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Fələstinli məhbus İsrail həbsxanasında ÖLDÜ

DÜNYA

03 Mart 2025 | 17:00

Fələstinli məhbus İsrail həbsxanasında ÖLDÜ

İşğal altındakı İordan çayının qərb sahilindəki Cenin düşərgəsindən olan 40 yaşlı Xalid Abdullah İsrailin Megiddo həbsxanasında ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, Abdullah 2023-cü il noyabrın 9-dan inzibati həbsdə olub.

Ailəsi həbs olunana qədər onun səhhətində problem olmadığını bildirib.

Qeyd olunub ki, o, Qəzzada müharibə başlayandan bəri İsrail nəzarətində ölən 61-ci fələstinlidir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026