• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Prezidentin icraçı direktor təyin etdiyi Şahin Babayev kimdir? - DOSYE

CƏMİYYƏT

03 Mart 2025 | 16:16

Prezidentin icraçı direktor təyin etdiyi Şahin Babayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Bakıvaxt.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Şahin Babayevin dosyesini təqdim edirik:

Şahin babayev 1988: anadan olub.

2006-2010: Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb.

2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Bakıvaxtı.az

 


SON XƏBƏRLƏR