• Bakı 28° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Almaniya "Danimarka modeli"nə keçəcək

DÜNYA

03 Mart 2025 | 16:48

Almaniya "Danimarka modeli"nə keçəcək

Almaniya yeni hökuməti ilə qeyri-qanuni immiqrasiya və saxta sığınacaq müraciətlərinin qarşısının alınmasında "Danimarka modeli"nə keçməyə hazırlaşır. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu modelə nağd müavinətlərin azaldılması, yaşayış icazələrinin qısamüddətli olması və uzadılmaması, zərurət yarandıqda isə tamamilə ləğv edilməsi, yaşayış və ilkin qeydiyyat şərtlərinin sərtləşdirilməsi və deportasiyalar daxildir.

2019-cu ildən Danimarkaya rəhbərlik edən Sosial Demokrat Partiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizədəki bu uğuru ölkədə ifrat sağçı partiyaların yüksəlişinin qarşısını alıb. 

Nəticədə Danimarkaya gələnlərdən yalnız 860 nəfərinə sığınacaq verilib. 

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026
21 Avqust 2026