• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

"Tiktok"la bağlı araşdırma başladı

DÜNYA

03 Mart 2025 | 17:03

Tiktokla bağlı araşdırma başladı

Böyük Britaniya "TikTok" ilə bağlı araşdırmaya başlayıb.

Bakıvaxtı.az
bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, İngiltərə Məlumat Komissiyası Ofisi (ICO), TikTok-un ölkədəki 13-17 yaş arası uşaqların şəxsi məlumatlarını platformada tövsiyə olunan məzmunları müəyyən etmək üçün necə istifadə etdiyini araşdıracağını açıqlayıb.

Rəsmi açıqlamada qeyd edilib ki, araşdırma sosial media və video paylaşım platformalarının tövsiyə sistemlərində uşaqların onlayn fəaliyyətlərindən əldə edilən məlumatlardan istifadə etməsi və bunun da gənclərə uyğunsuz və ya zərərli məzmun təqdim olunmasına səbəb ola biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda aparılır.

ICO eyni zamanda Reddit və Imgur platformalarının uşaqların şəxsi məlumatlarını və yaş təsdiqləmə üsullarını necə istifadə etdiyini də araşdıracağını elan edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR