• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Neftayırma Zavodu bu tarixdə Bakıdan köçürülür - YENİLƏNİB

İQTİSADİYYAT

03 Mart 2025 | 16:54

Neftayırma Zavodu bu tarixdə Bakıdan köçürülür - YENİLƏNİB

Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə məlumat verib.

Elşən Hacızadə deyib ki, bununla bağlı iki ssenari var: “Biri modernləşdirmə layihəsidir. Burada zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi məsələsi var. Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, 2030-2031-ci ilə nəzərdə tutulur”.

***

16:52

Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub.

Bakıvaxtı.az xəbər verir ki, belə təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

Qüdrət Həsənquliyev bildirib ki, paytaxtda tez-tez xoşagəlməz qoxu hiss edilir: “Nə vaxt Neft Emalı Zavodu şəhərdən kənara çıxarılacaq? Allah eləməsin, qəza olsa, şəhərdə nəfəs almaq mümkün olmayacaq”.

Deputat elektrik stansiyalarının və SOCAR-ın özəlləşdirilməsini də təklif edib.


SON XƏBƏRLƏR