Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib.
Bakıvaxtı.az Modern.az-ın məlumatına görə, Nicat Yaqubov ali təhsil müəssisəinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin olunub.
O, bundan öncə Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə keçmiş prorektoru Arzu Abdullayev ötən ilin sentyabr ayında keçirilən parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputatı seçilib. O, deputat mandatı qazandıqdan sonra Universitetdəki vəzifəsini itirib.