• Bakı 14° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

"Bavariya" 8 illik futbolçusu ilə vidalaşdı

İDMAN

29 May 2026 | 20:08

Bavariya 8 illik futbolçusu ilə vidalaşdı

“Bayern Münhen” X sosial şəbəkəsində yarımmüdafiəçi Leon Qoretska ilə vidalaşıb.

Bakıvaxtı.az Lent.az -a istinadən xəbər verir ki, futbolçu müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılacaq.

“8 il, 16 titul. Bir miras. Hər şey üçün təşəkkürlər, Leon. Sənin yolun tariximizin bir hissəsi olaraq qalacaq”, — klubun paylaşımında qeyd olunub.

31 yaşlı Leon Qoretska 2018-ci ildən “Bavariya”nın formasını geyinirdi. O, klubla birlikdə yeddi dəfə Almaniya çempionu (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025, 2025/2026), üç dəfə Almaniya Kubokunun qalibi (2018/2019, 2019/2020, 2025/2026) və dörd dəfə Almaniya Superkubokunun sahibi (2018, 2020, 2021, 2025) olub.

Bundan əlavə, Qoretska UEFA Çempionlar Liqasının (2019/2020), UEFA Superkubokunun (2020) və klublararası dünya çempionatının (2020) qalibi adını qazanıb.


SON XƏBƏRLƏR

28 May 2026