"Maska"da oxuduğum "Bivəfa" mənə yad idi. Qismətə inanıram. Bu mahnı illər əvvəl mənə təklif edilmişdi".
Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Cümə axşamı" proqramında deyib. Müğənni "Maska" şouda oxuduğu "Bivəfa" mahnısı haqda etiraf edib:
"Amerikaya köçən aparıcımız Səxavət Nur illər əvvəl Özbəkistana getmişdi, ən gözəl mahnıları yazıb mənə gətirmişdi. Gəldi ki, buna qulaq as, repertuarına daxil edə bilərsən. Bir neçəsini seçdim, bunu yox. Bir müddət sonra "Bivəfa"nı Rəqsanə İsmayılova oxudu, gözəl də alındı. İndi layihədə bu mənə təklif ediləndə, dedim, qismətdən qaçmaq olmaz".
L.Məmmədova "Rəqsanədən halallıq aldın" sualına belə reaksiya verib:
"Mənim halallıq alacağım adamlar çoxdu. Okeanın o tayında "Jamiroquai", "The Cardigans", Rəqsanə, Keçəl, Kosa, Bahar qızı... Siyahım çoxdur".
Qeyd edək ki, L.Məmmədovanın mahnısını oxumasına R.İsmayılova etiraz edib. O, şouda ona hörmətsilik edildiyini bildirib. Rəqsanə ondan icazə alınmalı olduğunu söyləyib. /Axşam.az
Bakı 




