Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda, Cənnət Adası yaxınlığında naməlum səbəbdən tur gəmisi batıb.
Bakıvaxtı.az Lent.az-a istinadən bildirir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə sahil mühafizəsi əməkdaşları göndərilib. İlkin məlumata görə, gəmidə 110 nəfər olub.
Gəmidə yaranmış nasazlığı fərq edən heyət üzvləri nəqliyyat vasitəsini sahilə yaxın nöqtəyə istiqamətləndiriblər.
Bundan sonra gəmidə olan 110 sərnişin eyni şirkətə məxsus başqa tur gəmisi və ətrafda olan digər qayıqlar vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub. Hadisə yerinə cəlb edilən sahil mühafizəsi qüvvələri və yaxınlıqdakı digər gəmilərin köməyi ilə sərnişinlər qısa müddətdə xilas ediliblər.
Təxliyə əməliyyatı başa çatdıqdan sonra gəmi tamamilə suya qərq olub.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Hazırda sahil mühafizəsi əməkdaşlarının hadisə yerində araşdırmaları davam edir.
Bakı 




