ABŞ Prezidenti Donald Tramp İrana dair yekun qərarın verilməsi üçün Situasiya otağına yollandığını açıqlayıb.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında paylaşdığı mesajda İranla bağlı əsas şərtləri sadalayıb.
Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacağını qəbul etməlidir.
ABŞ Prezidenti, həmçinin bəyan edib ki, Hörmüz boğazı hər iki istiqamətdə maneəsiz gəmiçilik üçün dərhal açılmalı və burada heç bir rüsum tətbiq edilməməlidir.
Onun sözlərinə görə, boğazda yerləşdirilmiş ola biləcək dəniz minaları aradan qaldırılacaq. Tramp ABŞ qüvvələrinin artıq bir çox minanı məhv etdiyini iddia edib və İranın qalanlarını da təcili şəkildə təmizləməli olduğunu vurğulayıb.
O, əlavə edib ki, ABŞ-nin dəniz blokadası səbəbindən boğazda qalan gəmilər artıq geri dönüş prosesinə başlaya bilər.
Tramp, həmçinin bildirib ki, təxminən 11 ay əvvəl B-2 bombardmançılarının zərbələri nəticəsində yeraltında qalan zənginləşdirilmiş nüvə materialları ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə koordinasiyada çıxarılaraq məhv ediləcək.
“Pul vəsaitlərinin ötürülməsi ilə bağlı isə növbəti bildirişə qədər heç bir addım atılmayacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, digər daha az əhəmiyyətli məsələlər üzrə artıq razılıq əldə olunub və yekun qərar üçün Situasiya otağında müşavirəyə gedir.
Bakı 


jpeg-1780068863.jpeg)

