• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Qazaxıstan İran uranını qəbul etməyə hazırdır

DÜNYA

29 May 2026 | 23:55

Qazaxıstan İran uranını qəbul etməyə hazırdır

Vaşinqton və Tehran razılığa gəlsə, Qazaxıstan İranın, demək olar, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

Bakıvaxtı.az  Axar.az -a istinadən xəbər verir ki, bunu "Faynənşl Tayms" qəzetinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, Qazaxıstan lideri Qasım-Jomart Tokayev buna razılığını bu həftə Astanada baş tutan görüş zamanı verib:

"MAQATE-nin Qazaxıstanda az zənginləşdirilmiş uran bankı olduğu üçün bizim onu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz var".

Bununla belə, baş direktor əlavə edib ki, məsələnin həlli yalnız nüvə danışıqlarından asılı olacaq.


SON XƏBƏRLƏR

29 May 2026