• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Rusiya Rumıniyanın qərarına cavab VERƏCƏK

DÜNYA

29 May 2026 | 19:43

Rusiya Rumıniyanın qərarına cavab VERƏCƏK

Rumıniyanın Rusiyanın baş konsulunu persona non grata elan etməsi və Konstansadakı Baş Konsulluğun bağlanması qərarı Moskvada etirazla qarşılanıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Buxarestin addımlarına cavab gecikməyəcək.

“Rumıniyanın Rusiyanın baş konsulunu persona non grata elan etməsi və Konstansadakı Baş Konsulluğun bağlanması ilə bağlı qərarına cavab tədbirləri özünü çox gözlətməyəcək”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Rumıniya tərəfi daha əvvəl Rusiyanın Konstansadakı baş konsulluğunun fəaliyyətinin dayandırılması və baş konsulun arzuolunmaz şəxs elan edilməsi barədə qərar qəbul edib.


SON XƏBƏRLƏR

28 May 2026