• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Netanyahu: “Hizbullah”a ağır zərbələr endiririk

DÜNYA

29 May 2026 | 20:00 | Müəllif: Ayyət Əhməd

Netanyahu: “Hizbullah”a ağır zərbələr endiririk

İsrail ordusu Livanın cənubunda əməliyyatlarını genişləndirərək Litani çayını keçib və strateji yüksəkliklərə nəzarəti ələ alıb.

Bakıvaxtı.az Modern.az -a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb.

Onun sözlərinə görə, ölkənin şimal istiqamətində “Hizbullah”a qarşı əməliyyatlar nəzarət altındadır və ciddi nəticələr əldə olunub.

“Şimalda “Hizbullah”a qarşı döyüş nəzarət altındadır və deməliyəm ki, burada çox təsirli nəticələr var. Qüvvələrimiz Litani çayını keçib, dominant yüksəklikləri tutub. Biz həmçinin Beyrutda, Bəkaa vadisində – bütün cəbhə boyunca fəaliyyət göstərir və “Hizbullah”a qətiyyətli zərbələr endiririk”, – deyə Netanyahu bildirib.

Qeyd edək ki, son aylarda İsrail ilə “Hizbullah” arasında qarşıdurma Livan ərazisində daha genişmiqyaslı hərbi əməliyyatlara çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026