• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Onlar Azərbaycana səfər edəcəklər

SİYASƏT

30 May 2026 | 12:05 | Müəllif: Əli Hüseynov

Onlar Azərbaycana səfər edəcəklər

1–5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi Bernhard Kelkes Baku Enerji Həftəsində iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər edəcəklər.

Bakıvaxtı.az Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.

Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi, Bakı Enerji Forumunda iştirak, ADA University-də təqdimatların təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026