Pnevmoniyadan müalicə olunan Papa Fransisk bazar ertəsi günü iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkdiyindən yenidən qeyri-invaziv tənəffüs aparatına qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Həkimlər "çoxlu sekresiyaların aspirasiyası zərurəti ilə" papaya iki bronxoskopiya ediblər. Onun şüurunun açıq olduğu bildirilib.