• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Estoniya Gürcüstanın hökumət rəsmilərinə giriş qadağası qoydu

DÜNYA

03 Mart 2025 | 17:07

Estoniya Gürcüstanın hökumət rəsmilərinə giriş qadağası qoydu

Estoniya Gürcüstanın 55 dövlət məmuruna ölkəyə giriş qadağası qoyub. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının xarici işlər naziri Marqus Tsaxkna məlumat verib.

Məlumata görə, Estoniya 55 Gürcüstan prokuroru, hakimi, polisi, parlamentarisi və dövlət qurumlarının nümayəndələrinin ölkəyə girişinə qadağa qoyur. Siyahıda Gürcüstan hakimiyyətinin məhkəmə sistemi, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən etirazçıların təqibinə görə məsuliyyət daşıyan nümayəndələri də var. 

Söhbət mitinq iştirakçılarına, jurnalistlərə və müxalifət liderlərinə qarşı zorakılıqda iştirak etdiyi iddia edilən şəxslərdən gedir.

Qeyd edək ki, Latviya və Litva da Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulub.

Gülşən Şərif


SON XƏBƏRLƏR