• Bakı C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

"Zirə" və "Neftçi" klubları cərimələnib

İDMAN

03 Mart 2025 | 13:59

Zirə və Neftçi klubları cərimələnib

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlara görə ziyana düşüblər.

"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

"Kəpəz"lə qarşılaşmada (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 1500 manat cərimə tətbiq edilib.


SON XƏBƏRLƏR