Ermənistan parlamentinin Avropaya inteqrasiya komitəsi ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsini təxirə salıb.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar komissiyanın iclasında qəbul edilib.
Qərara əsasən, Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qanun layihəsi parlament komitəsinin rəyindən asılı olmayaraq, martın 4-də deyil, martın 25-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Buna səbəb qanun layihəsinin Aİ-yə üzvlük məqsədlərinə siyasi qiymətin verildiyi preambulası olub. Sənədin müəllifləri birinci və ikinci oxunuşlar arasındakı fasilə zamanı heç bir təklif irəli sürməyiblər. Xarici işlər nazirinin müavini Paruyr Hovannisyan isə qanun layihəsindən preambulanın çıxarılmasını təklif edib.