“Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsi Aİ-yə üzvlüklə bağlı müraciət deyil.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan Avropaya inteqrasiya üzrə parlament komissiyasının iclasında bildirib.
"Əgər biz üzv olmaq üçün müraciət etsəydik, belə reallıqlar mümkün olardı. Qanun üzvlük üçün müraciət deyil. Biz geosiyasi dəyişikliklər kontekstini görmürük. Bu cür ciddi dəyişikliklər digər prosedurlar zamanı baş verəcək", - Hovannisyan qeyd edib.
Onun sözlərinə görə, qanun konkret addımları nəzərdə tutmur, bu, daha çox hakimiyyətin Aİ ilə münasibətləri gücləndirmək istəyinə cavab verən siyasi mesajdır.