Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-lə nadir torpaq elementlərinə sərmayə qoyuluşuna dair saziş imzalamağa hazır olduqlarını açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, Zelenski Londonda Böyük Britaniyanın ev sahibliyi etdiyi Ukrayna üzrə liderlər sammitində iştirak edib.
Ukraynaya qayıtmazdan əvvəl Stansted hava limanında jurnalistlərlə görüşən Zelenski deyib:
“Mən sadəcə olaraq Ukraynanın mövqeyinin eşidilməsini istəyirəm. Amma hamımız bir-birimizi başa düşməliyik, bir-birimizi tanımalı və qırmızı xətləri başa düşməliyik”.
Əli Hüseynov