• Bakı C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

USAID-in Ermənistana yardımı: humanitar dəstək, yoxsa geosiyasi alət?

SİYASƏT

03 Mart 2025 | 14:10

USAID-in Ermənistana yardımı: humanitar dəstək, yoxsa geosiyasi alət?

Xəbər verdiyimiz kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bağlanmazdan əvvəl Ermənistana vəd edilmiş 250 milyon dolların demək olar ki, yarısını köçürə bilib.

Bu barədə “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2024-cü ildə ölkə USAID ilə ümumi qrant sazişi paketindən 110 milyon dollar alıb.

"Ümumi məbləğin təxminən 60 milyon dolları "iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi"nə, 18,9 milyon dollar "səmərəli idarəetmə" üçün dövlət aparatına, 13,6 milyon dollar vətəndaş cəmiyyəti və mediaya yönəldiləcək. Eyni zamanda, humanitar yardıma 1 milyon dollar ayrılır", - nəşr qeyd edib.

USAID-in Ermənistanda həyata keçirdiyi layihələr bölgənin geosiyasi mənzərəsinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, USAID-in keçmiş postsovet məkanında və ümumilikdə dünyadakı fəaliyyəti bir çox məsələlərin detallarını və qaranlıq tərəflərini üzə çıxarmağa başlayıb. Onun sözlərinə görə, sözügedən agentlik özünü humanitar və iqtisadi inkişaf layihələri ilə tanıtsa da, əslində, bu fəaliyyətlərin arxasında fərqli məqsədlər dayanır:

"Sözügedən agentlik müxtəlif ölkələrin daxili işlərinə qarışıb, dövlətlər daxilində iğtişaşlar yaratmaqla məşğul olub. Hətta bir çox ölkədə daxili şəbəkələşmələr yaradıb. USAID təkcə iqtisadi və humanitar yardımlarla deyil, həm də müəyyən siyasi qrupları dəstəkləməklə tanınır. Bunun nəticəsində bəzi ölkələrdə hökumətlərə təzyiq etmək, onların xarici siyasət kursunu dəyişdirmək və müəyyən geosiyasi maraqlara uyğun istiqamətləndirmək mümkün olub".

Qasımov USAID-in Ermənistana verdiyi maliyyə yardımlarının sırf iqtisadi inkişaf məqsədi daşımadığını vurğulayaraq qeyd edib ki, agentliyin bu dəstəyi siyasi məqsədlərlə sıx bağlıdır:

"USAID ötən ilin aprelində Brüsseldə baş tutan üçtərəfli görüşdən sonra Ermənistana əsas dəstək verən donorlar sırasında yer aldı. Həmin dövrdə təşkilatın başında Samanta Pauer dayanırdı. Bu şəxs isə erməni diasporundan yüklü miqdarda maliyyə alması və onlara göstərdiyi dəstəklərlə tanınırdı. Bunun nəticəsində Ermənistan hökuməti üçün əlavə resurslar təmin edildi və ABŞ-nin bölgədəki təsiri daha da artdı".

Oqtay Qasımov: USAİD-in fəaliyyəti Cənubi Qafqazdakı geosiyasi balansı dəyişdirməyə yönəlmiş bir addımdır

Politoloqun sözlərinə görə, Pauerin iştirakı ilə Ermənistan tərəfinə 110 milyon dollardan çox maliyyə resursu ayrılıb və rəsmi İrəvan bu dəstəkdən müxtəlif məqsədlərlə faydalanıb:

"Bu maliyyə yardımı təkcə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə deyil, həm də Ermənistanda müxtəlif strukturların gücləndirilməsinə yönəldilib. Xüsusilə, dövlət aparatına və vətəndaş cəmiyyətinə ayrılan vəsaitlərin bir hissəsi ABŞ-nin bölgədəki maraqlarına xidmət edən qrupların möhkəmlənməsinə sərf olunub. Bu, Cənubi Qafqazdakı geosiyasi balansı dəyişdirməyə yönəlmiş bir addımdır".

Həmsöhbətimiz USAID-in fəaliyyətinin regionda sülh və sabitliyə töhfə vermədiyini, əksinə, gərginliyin artırılmasına xidmət etdiyini qeyd edib:

"Bu fəaliyyət daha çox Ermənistanı geopolitik olaraq fəallaşdırmaq, Azərbaycanla baş verən problemli məsələlərin qızışdırılması və ABŞ-nin qlobal maraqlarına xidmət edib. Belə yardımlar Ermənistanın mövcud problemlərdən çıxış yolu tapmasına deyil, onları daha da dərinləşdirməyə yönəlir. Bu da regional sülhə və sabitliyə təhlükə yaradır".

Əli Hüseynov


SON XƏBƏRLƏR