Nazirlər Kabineti “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi Qaydası” təsdiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adı çəkilən qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 2 nömrəli Əlavə - “Uçuşların qaydaları” və 13 nömrəli Əlavə - “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir. Qaydada istifadə edilən anlayışlar adı çəkilən qanunla və digər normativ hüquqi aktlarla müəyyən olunmuş mənaları ifadə edir.