• Bakı 15° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Neftimiz BAHALAŞDI

İQTİSADİYYAT

01 Aprel 2025 | 09:15

Neftimiz BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,94 % artaraq 78,29 ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 77,27 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 2,27 ABŞ dolları və ya 3,06% artaraq 76,46 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


SON XƏBƏRLƏR