Qazaxıstanın Rusiya ilə sərhədinə yaxın ərazidə zəncirvari qəza baş verib.
Bakıvaxtı.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, Astana-Şuçinsk magistral yolunda 40-dan çox avtomobil toqquşub.
Hadisəyə səbəb yolun buz tutması və güclü qar fırtınası olub.
Hazırda yol bağlıdır və nəqliyyatın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.